İndoneziyada vulkan püskürdü – Həyəcan siqnalı verildi

13:03 - 07 İyul 2025

İndoneziyada vulkan püskürdü – Həyəcan siqnalı verildi

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanı yenidən püskürüb.


Manset.az  Haber Globala-a istinadən xəbər verir ki, iyulun 7-də baş verən püskürmə zamanı kül buludları 18 kilometr yüksəkliyə qalxıb. Qızmar qazlar vulkanın yamaclarına doğru yönəlib, kül ətraf kəndlərə yayılıb.

Tələfat qeydə alınmayıb. Xəbərdarlıq səviyyəsi maksimuma qaldırılıb, təhlükəli zona 7 kilometrə qədər genişləndirilib.

Qeyd edək ki, bu vulkan 2024-cü ilin noyabrında baş verən püskürmə zamanı 9 nəfərin həyatına son qoymuşdu.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az