Netanyahudan atəşkəs bəyanatı

13:05 - 07 İyul 2025

Netanyahudan atəşkəs bəyanatı

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər öncəsi Təl-Əvivdəki Ben Qurion hava limanında jurnalistlərə açıqlama verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçirəcəyi görüşün Qəzza zolağında atəşkəs danışıqlarında irəliləyişə səbəb olacağını bildirib.

Baş nazir qeyd edib ki, Qəzzada 20 diri, 30 isə vəfat etmiş israilli məhbus var və onların hamısının azad edilməsi üçün çalışırlar.

“Sülh dairəsini təsəvvür edə bilməyəcəyimiz qədər genişləndirmək üçün bir fürsət var”, – Netanyahu vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az