Almaniya tank və zirehli maşın alır - NATO-nun tələbi

15:44 - 07 İyul 2025

 Almaniya tank və zirehli maşın alır - NATO-nun tələbi

NATO Almaniyadan növbəti 10 il ərzində 7 döyüş briqadasının yaradılmasını istəyib.


Manset.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bu tələbin icrası məqsədilə Almaniya müdafiə naziri Boris Pistorius, ölkə ordusunun komandanlığı ilə birgə, 1000 ədəd Leopard 2 tipli əsas döyüş tankı və 2500 GTX Boxer tipli zirehli döyüş maşını almağı nəzərdən keçirir.

Alınacaq texnikanın ümumi dəyərinin təxminən 25 milyard avro olduğu bildirilir. Satınalma qərarının isə bu ilin sonuna qədər veriləcəyi gözlənilir.

Qeyd edək ki, Almaniyada belə iri miqyaslı müdafiə alışı üçün Bundestaqdan xüsusi icazə alınması tələb olunur.

Almaniyanın bu addımı NATO-nun müdafiə potensialının artırılmasına ciddi töhfə verəcəyi vurğulanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az