İndoneziya prezidenti Prabowo Subianto Fələstinə 10 min ton düyü yardımının göndərilməsi barədə göstəriş verib.
Manset.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Andi Əmran Süleyman məlumat verib. O bildirib ki, yardım üçün düyü artıq hazırdır və çatdırılma prosesi Fələstin səfirliyindən icazə alındıqdan sonra başlayacaq.
Nazir həmçinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə razılıq əldə edildiyini və İndoneziyada 10-20 min hektarlıq ərazidə birgə layihələrin həyata keçiriləcəyini vurğulayıb.