Putinin bu gün işdən çıxardığı nazir  intihar etdi

17:22 - 07 İyul 2025

Putinin bu gün işdən çıxardığı nazir  intihar etdi

Bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin tərəfindən vəzifəsindən azad edilən nəqliyyat naziri Roman Starovoit evində ölü vəziyyətdə tapılıb.


Manset.az bu barədə “İzvestiya” agentliyi məlumat yayıb. Məlumata görə, Starovoit özünü güllələyib.

Qeyd olunur ki, Starovoitin işdən çıxarılması ölkədə hava limanlarında yaranan ciddi problemlərlə bağlıdır. Kreml isə vəzifəyə Andrey Nikitinin gətirildiyini açıqlayıb. Nikitin əvvəlcə nəqliyyat nazirinin müavini, sonra isə Novqorod vilayətinin qubernatoru olub.

Roman Starovoit isə regional qubernatorluqdan əvvəl Rusiyanın federal yol agentliyi Rosavtodorda altı il fəaliyyət göstərib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az