ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçiriləcək bugünkü görüş mətbuata açıq olmayacaq.
Manset.az APA-ya istinadən xəbər verir ki, liderlər birgə şam yeməyində iştirak edəcəklər.
Görüşdən sonra mətbuat konfransının keçirilməsi gözlənilmir.
Tramp və Netanyahunun əsasən İran və Qəzzanı müzakirə edəcəkləri ehtimal olunur.
İsrailin Baş naziri cümə axşamı ölkəsinə qayıdacaq.