HTS ABŞ-nin terror siyahısından çıxarıldı

12:32 - 08 İyul 2025

HTS ABŞ-nin terror siyahısından çıxarıldı

ABŞ Dövlət Departamenti “Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının “Xarici Terror Təşkilatları” siyahısından çıxarıldığını açıqlayıb.


Manset.az xəbər verir ki, qərar dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və “Official Gazette”də dərc olunub. Bildirilir ki, bu addım ədliyyə və xəzinə katibləri ilə razılaşdırılıb.

HTŞ əvvəllər “Ən-Nusra Cəbhəsi” adı ilə tanınırdı və ABŞ qanunvericiliyinin 219-cu maddəsinə əsasən terror təşkilatı kimi tanınırdı.

Qeyd edək ki, iyunun 30-da Prezident Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən sərəncam imzalayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az