“Ukraynaya daha çox silah göndərməliyik” - Tramp

13:07 - 08 İyul 2025

 “Ukraynaya daha çox silah göndərməliyik” - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukraynaya daha çox müdafiə silahlarının göndəriləcəyini açıqlayıb.


Manset.az xəbər verir ki, Tramp bu barədə dünən Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verib. Liderlərin şam yeməyi zamanı qısa bəyanatla çıxış edən Tramp ABŞ-ın Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb.

“Daha bir neçə silah göndərəcəyik. Onları göndərməliyik. Onlar özlərini müdafiə edə bilməlidirlər. Hazırda çox ağır zərbələr alırlar. Biz daha çox, xüsusilə müdafiə silahları göndərməliyik”, – deyə Tramp bildirib.

ABŞ Prezidentinin bu açıqlaması Rusiya hücumlarının intensivləşdiyi bir dövrə təsadüf edir. Tramp Ukraynanın özünü müdafiə qabiliyyətini gücləndirməyə ehtiyac olduğunu xüsusi vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az