Pakistan ordusunun baş qərargah rəisi marşal Asim Munir Hindistanla münaqişədə “xarici dəstək” iddialarını “əsassız və məsuliyyətsiz” adlandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, İslamabadda Milli Müdafiə Universitetində çıxışında bu iddiaların Pakistanın yerli potensialını və strateji hazırlığını inkar etmək cəhdi olduğunu bildirib.
Munir həmçinin Hindistanın münaqişədə uğursuzluğunu əməliyyat hazırlığının zəifliyi ilə izah edib və Pakistanın regionda sülh və sabitliyin təminatçısı olduğunu vurğulayıb. O, ölkənin suverenliyinə qarşı hücumlara qətiyyətli cavab veriləcəyini də əlavə edib.
Qeyd edək ki, Hindistan tərəfi maydakı qarşıdurmalar zamanı Pakistanın Çindən canlı kəşfiyyat dəstəyi aldığı iddiasını səsləndirmişdi.