CHP-nin İstanbul İl Seçkilərində şəxsi maraqlar naminə saxtakarlıq edilməsi iddiaları gündəmə gəlib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, məsələ ilə bağlı İstanbul İl Sədri Özgür Çelik də daxil olmaqla, adı keçən şəxslərin polisə çağırılması və ifadələrinin alınması üçün rəsmi göstəriş verildiyi bildirilib.
Partiya daxilində narahatlığa səbəb olan iddialar seçki prosesinə ciddi zərbə vurub. Polis orqanlarının məsələni dərhal araşdırmağa başladığı və şübhəlilərin ifadələrinin alınması üçün işlərin sürətləndiyi vurğulanır.
CHP-dən məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.