Ukrayna ilə danışıqların üçüncü raundunun tarixinin müəyyən olunması üçün Kiyevdən təklif gözləyirik.
Manset.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.
Peskov ümid etdiklərini vurğulayaraq, “Tarix təyin olunanda sizə məlumat verəcəyik” deyə bildirib. O, həmçinin ABŞ prezidenti Donald Tramp və komandasının Rusiya-Ukrayna danışıqlarına dəstəyini yüksək qiymətləndirib.