Hava limanında dəhşətli hadisə - Təyyarənin mühərrikinə çəkilərək öldü

16:08 - 08 İyul 2025

Hava limanında dəhşətli hadisə - Təyyarənin mühərrikinə çəkilərək öldü

İtaliyanın Berqamo şəhərində yerləşən Orio al Serio hava limanında faciəvi hadisə baş verib. Uçuş-enmə zolağında yaşanan qəza nəticəsində bir nəfər ölüb. Hadisə səbəbilə hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.


Manset.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Naməlum şəxs uçuş-enmə zolağına daxil olaraq hərəkət edən təyyarəyə yaxınlaşıb. Təyyarə parkinq zonasından çıxaraq uçuşa hazırlaşan zaman həmin şəxs mühərrikinə çəkilərək faciəvi şəkildə həlak olub.

Berqamo hava limanı rəhbərliyi insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, “taksi yolunda yaranan problem” səbəbilə yerli vaxtla saat 10:20-dən 12:00-dək bütün uçuş əməliyyatları dayandırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi hələlik açıqlanmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az