Putin intihar edən nazirin yerinə onu təyin etdi

18:14 - 08 İyul 2025

Putin intihar edən nazirin yerinə onu təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Andrey Nikitinin nəqliyyat naziri edilməsi haqqında sərəncam imzalayıb.


Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin", - sənəddə qeyd olunub.

İyulun 7-də Putin Nikitinlə görüşüb və onu karyerasında daha bir addım atmağı və nazir səlahiyyətlərini icra etməyi təklif edib. Daha sonra namizədlik Dövlət Duması tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az