Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron yenidən qalmaqalla gündəmə gəliblər.
Manset.az xəbər verir ki, bu dəfə onlar Böyük Britaniyada səfərdə olarkən Şahzadə Uilyam və Şahzadə Keyt Middleton ilə görüşdən əvvəl mübahisə ediblər.
Belə ki, Makron hava limanında təyyarənin pilləkənləri ilə enərkən əlini həyat yoldaşına uzatsa da, o buna məhəl qoymayıb və tutacaqlardan istifadə edib.
Fransa lideri isə başını aşağı salaraq cütlüyə doğru addımlayaraq onlarla görüşüb.
Qeyd edək ki, bu, tərəflər arasında baş verən ilk qalmaqal deyil. May ayında Makronun xanımı ilə Vyetnama səfəri zamanı da onların arasında gərginlik baş vermişdi. Həmin vaxt Bricit Makron təyyarədən enərkən Emmanuel Makronun üzünə şillə vurmuşdu.
Həmin görüntüləri təqdim edirik: