Əsir mübadiləsi və atəşkəs danışıqlarına baxmayaraq, İsrail əməliyyatları dayandırmayacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu “X” platformasında verdiyi açıqlamada, qarşıdurmalarda 5 İsrail əsgərinin həlak olduğunu, bunun ölkə üçün ağır gün olduğunu qeyd edib.
“Bütün əsirlər azad olunacaq, HƏMAS sıradan çıxarılacaq, Qəzza artıq təhlükə yaratmayacaq,” – deyə Netanyahu vurğulayıb.
ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff isə bildirib ki, danışıqlarda əvvəl 4 fikir ayrılığı var idi, indi yalnız biri qalıb. O, bu həftə sonuna qədər 60 günlük atəşkəsə nail olunacağına ümid edir.