Avropanın ən böyük limanı Rusiya ilə müharibəyə hazırlaşır

10:22 - 09 İyul 2025

Avropanın ən böyük limanı Rusiya ilə müharibəyə hazırlaşır

Avropanın ən böyük limanı sayılan Rotterdam limanı Rusiya ilə mümkün müharibəyə hazırlaşır.


Manset.az xəbər verir ki, bu barədə Financial Times xəbər verir. Nəşrin məlumatına görə, hazırda limanda mümkün müharibəyə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilir. Xüsusilə, hərbi yükləri daşıya bilən dokları müəyyənləşdirirlər.

Paralel olaraq, hərbi münaqişə zamanı silah və sursatların istiqamətləndirilə biləcəyi yerlər də nəzərdə tutulub. Rotterdam limanının rəhbərləri qeyd edirlər ki, müharibəyə hazırlaşarkən indiyədək Rotterdam limanına rəqib hesab edilən Antverpen və digər limanlarla da əməkdaşlığa başlayıblar. Hesabata görə, hər şey Aİ-nin yenidən silahlanma proqramı çərçivəsində həyata keçirilir. Qəzetin yazdığına görə, bu yolla Avropa Birliyi ABŞ-dən hərbi cəhətdən müstəqil olmağa çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az