"Liverpul"un ulduz futbolçusu Dioqo Jotanın faciəvi ölümü futbol dünyasını yasa boğub.
Qardaşı Andre ilə avtomobil qəzası keçirən Jota, yanğında həyatını itirib.
Manset.az "Daily Mail"-ə istinadən xəbər verir ki, Jotanın həyat yoldaşı və uşaqları 35 milyon funt-sterlinqdən çox miras alacaqlar. Futbolçunun klubla imzaladığı müqavilə, performans bonusları və brend sövdələşmələri bu məbləğə daxildir.
Bundan əlavə, Jotanın şəxsi mülkləri, investisiyaları və avtomobilləri də ailəsinə keçəcək.