Etirazlar ölkəni müharibə zonasına çevirib - Çoxlu itki var

16:19 - 09 İyul 2025

Etirazlar ölkəni müharibə zonasına çevirib - Çoxlu itki var

Keniyada iyulun 7-də başlayan “Saba Saba” etirazlarında ölənlərin sayı 31 nəfərə çatıb, 107 nəfər yaralanıb, 532 nəfər isə həbs olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Keniya İnsan Haqları üzrə Milli Komissiyası polisin silahlı qruplarla əməkdaşlığını tənqid edib və hüquq pozuntularını pisləyib.

Paytaxt Nayrobidə iğtişaşlar zamanı polis etirazçılara canlı atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Daxili işlər naziri isə polisə atəş açmaq əmri verib.

“Saba Saba” iyulun 7-si Keniya tarixində çoxpartiyalı demokratiyaya keçidin xatirəsinə keçirilən etirazdır. Bu il isə nümayişçilər prezident Uilyam Rutonun istefasını tələb edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az