Dağıstanda sudan kütləvi zəhərlənmə 

22:34 - 09 İyul 2025

Dağıstanda sudan kütləvi zəhərlənmə 

Rusiya Federasiyasının Dağıstan Respublikasında su zəhərlənməsindən sonra 274 nəfər həkimə müraciət edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Məhərrəmkənd rayonunun tibb işçiləri Dağıstan Respublikası Səhiyyə Nazirliyinin infeksionistləri və epidemioloqlarının dəstəyi ilə bağırsaq infeksiyası olan xəstələri fasiləsiz rejimdə aşkar etməyə çalışır. Son iki gün ərzində burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydə alınıb, onlardan 270-i uşaqdır", - məlumatda deyilir.

Nazirlik bildirib ki, Dağıstan Respublikası üzrə səhiyyə naziri Yaroslav Qlazov xəstəxanaya baş çəkib.

Bundan əvvəl bildirilib ki, Dağıstandakı hadisə ilə əlaqədar Məhərrəmkənd rayonunun bələdiyyə sədri saxlanılıb.

Cinayət işi çərçivəsində ekspertiza təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az