"Honda"dan kosmik uğur – Elon Musk-a Yapon cavabı

14:13 - 10 İyul 2025

\"Honda\"dan kosmik uğur – Elon Musk-a Yapon cavabı

Yaponiyanın avtomobil nəhəngi Honda təkrar istifadə oluna bilən raketini uğurla sınaqdan keçirib.


Manset.az xəbər verir ki, 6,3 metrlik raket 271 metr hündürlüyə qalxaraq, cəmi 37 santimetr sapma ilə şaquli şəkildə yerə enib. Sınaq 2025-ci ilin iyun ayında, Hokkaydoda həyata keçirilib.

Bu addım Honda-nın 2029-cu ilə qədər suborbital uçuş planının ilk mərhələsi kimi qiymətləndirilir.

Ekspertlərə görə, bu uğur Elon Musk-ın SpaceX layihəsinə dolayı cavabdır. Mütəxəssislər qeyd edirlər ki, avtomobil sənayesinin kosmosa inteqrasiyası artıq reallıqdır.

Yaponiya hökuməti bu cür özəl təşəbbüslərə ciddi dəstək verir. Honda-nın raketi, Toyota-nın Ay avtomobili və iSpace-in missiyaları ilə birlikdə ölkənin kosmosda güc nümayişinə çevrilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az