İsrailin hücumu nəticəsində 28 fələstinli həlak oldu

15:46 - 10 İyul 2025

İsrailin hücumu nəticəsində 28 fələstinli həlak oldu

İsrail ordusunun bu səhər Qəzza zolağının müxtəlif bölgələrinə etdiyi hücumlarda 28 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı qadınlar və uşaqların da olduğu fələstinlilər hədəf alınıb.

Deyr əl-Bələhdə qida əlavələri üçün gözləyənlərə pilotsuz uçuş aparatı ilə zərbə endirilib, nəticədə 13 nəfər həlak olub. Bureyc və Nusayrat Qaçqınlar Düşərgələrindəki hücumlarda isə 6 nəfər ölüb, 10 nəfər yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az