ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən mis idxalına 50 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə Tramp, Truth Social hesabında paylaşım edib.
"Misə 50%-lik rüsumu tətbiq etməyə qərar verdim. Bu, milli təhlükəsizliklə bağlı ciddi qiymətləndirmədən sonra qəbul olunmuş bir addımdır", – Tramp qeyd edib.
O, misin bir çox mühüm sahələrdə, o cümlədən təyyarələr, gəmilər, döyüş sursatları, radar sistemləri, raketdən müdafiə sistemləri və hipersəs silahları üçün vacib olduğunu vurğulayıb.
Həmçinin, misin ABŞ Müdafiə Nazirliyi tərəfindən ən çox istifadə edilən ikinci material olduğunu bildirib.
Bu qərar, ABŞ-nin mis sənayesini canlandırmaq və dünya bazarlarında ABŞ-nin gücünü artırmaq məqsədi güdür.