Böyük Britaniyanın müdafiə naziri Con Healey, Böyük Britaniya və Fransa arasında nüvə tədqiqatları, təlimlər və sınaqlar sahəsində əməkdaşlıq ediləcəyini bildirib.
Manset.az xəbər verir ki, Healey, Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyaya səfəri və müdafiə sahəsindəki qarşılıqlı addımlar barədə Sky News-a açıqlama verib. O, bu sammitin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra keçirilən ilk sammit olduğunu qeyd edib.
Nazir, Fransa ilə uzun müddətli hərbi əməkdaşlıq etdiklərini, həmçinin nüvə tədqiqatları və çəkindirmə qabiliyyətini artırmaq üçün birgə fəaliyyət göstərəcəklərini vurğulayıb. Healey həmçinin, Avropanın ehtiyac duyduğu təqdirdə 50 min əsgərin hazır vəziyyətdə olduğunu açıqlayıb.