Onlar 750 milyon insandan çox sərvətə sahibdir

13:54 - 11 İyul 2025

Onlar 750 milyon insandan çox sərvətə sahibdir

Oxfam beynəlxalq təşkilatının hesabatına görə, Afrikanın ən zəngin 4 milyarderi – Aliko Danqote, Johann Rupert, Nicky Oppenheimer və Nassef Sawiris – ümumilikdə 57,4 milyard dollar sərvətə sahibdir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sərvət, qitə əhalisinin yarısı olan 750 milyon insanın ümumi sərvətindən çoxdur.

Hesabatda, Afrikada 460 milyon insanın ifrat yoxsulluq içində yaşadığı və gəlir bərabərsizliyinin sürətlə dərinləşdiyi vurğulanır.

Oxfam, zənginlərə qarşı xüsusi vergi siyasətinin tətbiq edilmədiyini və bu ədalətsizliyin kökündə səhv siyasətlərin dayandığını qeyd edir. Həll yolunun isə zənginlərə vergi tətbiq etmək olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az