Fransa Ukraynaya 50 min  hərbçi göndərir

13:41 - 11 İyul 2025

Fransa Ukraynaya 50 min  hərbçi göndərir

Fransa və Böyük Britaniya Ukraynada atəşkəsdən sonra 50 minə qədər hərbçidən ibarət birgə hərbi kontingent qurmağı planlaşdırır.


Manset.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

Bu qüvvə briqada səviyyəsindən ordu korpusu səviyyəsinə qədər artırılacaq və Avropa ölkələrindən əsgərlər də qoşula bilər. Hərbi əməliyyatlar bitdikdən sonra Ukraynada yerləşdirilmə planı üzərində iş gedir.

Eyni zamanda, iyunun 29-da Parisdə Ukraynaya silah göndərilməsinə və Fransa münaqişəsinə qarşı etiraz aksiyası keçirilib. Vətənpərvərlər Partiyasının lideri Florian Filippo və bir neçə yüz etirazçı müharibəyə son qoyulması və NATO-dan çıxma tələblərini irəli sürüb. Aksiyada iştirakçılar Fransa və Rusiya bayraqları tutaraq NATO-nun emblemini cırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az