Uitkoff hələlik Qəzza ilə bağlı danışıqlarda iştirak etmir - KİV

22:39 - 12 İyul 2025

Uitkoff hələlik Qəzza ilə bağlı danışıqlarda iştirak etmir - KİV

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Qətərin paytaxtı Dohada davam edən Qəzzada atəşkəsə dair danışıqlarda hələlik iştirak etmir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

    Mənbələrin bildirdiyinə görə, Uitkoff Dohaya yalnız danışıqlar yekun mərhələyə çatdıqda səfər etməyi planlaşdırır.

    Telekanal əlavə edib ki, hazırda Fələstinin HAMAS hərəkatı BMT vasitəsilə Qəzza anklavına çatdırılacaq humanitar yardımın keyfiyyəti ilə bağlı bəzi bəndlərə dəyişikliklər edir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az