Xalq artisti vəfat etdi - FOTO

14:42 - 14 İyul 2025

Xalq artisti vəfat etdi - FOTO

Rusiyanın məşhur kinorejissoru, xalq artisti Aleksandr Mitta 92 yaşında dünyasını dəyişib.


Manset.az xəbər verir ki, bu barədə rejissorun oğlu, sosial şəbəkə hesabında payşalım edib.

"Biz onu sevirik, yas tuturuq".

Bir müddət xərçənglə mübarizə aparan Mitta, iyulun 1-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

28 mart 1933-cü ildə Moskvada doğulan Mitta, 1960-cı ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetini bitirib. Onun məşhur filmləri arasında “Ekipaj”, “Yan, ulduzumu yandır”, “Moskva, mənim sevgim” yer alır. Rejissor TEFI mükafatında bir neçə nominasiyada qalib olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az