Rusiyanın paytaxtı Moskva şəhəri və Moskva vilayətində dolu və şiddətli küləklə müşayiət olunan güclü leysan qeydə alınıb.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, bir neçə saat ərzində o qədər yağıntı düşüb ki, bir sıra küçələri su basıb.
Sürəti saniyədə 20-23 metrə çatan güclü külək nəticəsində ağaclar aşıb. Meteoroloqlar yağışın gecəyə kimi davam edəcəyini proqnozlaşdırırlar.