İngiltərənin "Rho Motion" tədqiqat şirkəti 2024-cü ilin ilk yarısı üzrə elektrikli avtomobil satışlarını açıqlayıb.
Manset.az xəbər verir ki, satışlar dünya üzrə 9,1 milyon ədəd olub, keçən ilin eyni dövrü ilə müqayisədə 28% artım nümayiş etdirib.
İyun ayında satışlar keçən ilin eyni ayına görə 24%, əvvəlki aya nisbətən isə 7% artıb.
Dünyada satılan hər iki elektrikli avtomobildən biri Çində olub. Bu ölkədə satışlar 32% artıb, gələcəkdə daha da güclü inkişaf gözlənilir.
Avropada elektrikli avtomobil satışları 26% artaraq 2 milyona çatıb. İspaniya, Almaniya və Böyük Britaniya kimi ölkələrdə satışlar artıb, lakin subsidiyaların kəsilməsi Fransada azalmaya səbəb olub.
Şimali Amerikada satış artımı yalnız 3% olub. ABŞ-da vergi güzəştlərinin ləğvi gözlənilir ki, bu da satışlarda azalmağa səbəb ola bilər.
Digər ölkələrdə elektrikli avtomobil satışları 40% artaraq 700 minə çatıb.
Rio Motion meneceri Çarlz Lester, Çin və Avropada bazarın sürətlə inkişaf etdiyini, lakin Şimali Amerikada yavaşlama olduğunu vurğulayıb.