"Trampın bəyanatları çox ciddidir" - Kreml

16:03 - 15 İyul 2025

\"Trampın bəyanatları çox ciddidir\" - Kreml

Kremlin sözçüsü Dmitri Peskov, Ukraynaya Qərb ölkələrindən əlavə silah göndərilməsinin "müharibəni davam etdirmək" siqnalı olduğunu deyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı son açıqlamalarına da münasibət bildirib. Trampın ifadələrinin "çox ciddi" olduğunu və "şəxsən Putinə yönəldildiyini" qeyd edib.

Peskov, Rusiya prezidentinin, Trampın açıqlamalarına cavab vermək üçün vaxt tələb etdiyini və Ukrayna ilə danışıqların üçüncü raunduna başlamağa hazır olduqlarını söyləyib. Tramp isə Ukrayna ilə razılığa gəlməsələr, Rusiyaya qarşı tarifləri 100% artıracağını və əlavə "Patriot" hava müdafiə sistemləri göndərəcəyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az