Şəxsi təyyarə qaçırıldı - Hava limanı müvəqqəti bağlandı

13:10 - 16 İyul 2025

Şəxsi təyyarə qaçırıldı - Hava limanı müvəqqəti bağlandı

Kanadada qəribə bir hadisə baş verib. Vankuver Beynəlxalq Hava Limanında şəxsi təyyarə qaçırılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində hava məkanı müvəqqəti olaraq bağlanıb.

Kanada polisi tərəfindən verilən açıqlamaya görə, kiçik sərnişin təyyarəsi Vankuver Beynəlxalq Hava Limanına eniş edib və göyərtəsində olan bir nəfər saxlanılıb.

Hadisənin ardından, hava limanı rəsmiləri təyyarələrin eniş və qalxışlarının 39 dəqiqə müddətində dayandırıldığını açıqlayıb.

Polis və təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalarını davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az