İsrail ordusu Dəməşqə güclü zərbələr endirdi - VİDEO

18:08 - 16 İyul 2025

İsrail ordusu Dəməşqə güclü zərbələr endirdi - VİDEO

İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, hava zərbələrinin məqsədi qərargah ərazisinə daxil olmaq olub. Qeyd edilib ki, İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir.

Həmçinin İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcəyini açıqlayıb.

İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayının yaxınlığına da zərbələr endirib.

***

Suriya Səhiyyə Nazirliyi hava zərbələri nəticəsində azı 13 nəfərin yaralandığını açıqlayıb.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az