Yekaterinburqun Lenin rayon məhkəməsi Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Manset.az Report-a istinadən xəbər verir ki, qərar qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər.
Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
***
19:09
Mutvalı Şıxlinski məhkəmənin açıq hissəsində hadisənin necə baş verdiyini deyib:
“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm”.
Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
***
18:11Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski yenidən məhkəməyə gətirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, jurnalistlər məhkəmə zalından çıxarılıblar və proses qapalı keçiriləcək.
***
15:52Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
Manset.az Report-a istinadən xəbər verir ki, məhkəmə yerli vaxtla saat 16:00-da keçirilməli idi. Hələlik prosesin keçiriləcəyi saat məlum deyil.
***
15:16Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.
Məhkəmə prosesi başlayıb.
***
11:28Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.
"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.
Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.
Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.