Suriya hökuməti qüvvələri, druz qrupları ilə atəşkəs razılaşmasından sonra Suveyda şəhərini tərk etməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Müdafiə Nazirliyi, ordunun qeyri-qanuni qruplara qarşı missiyasını başa vurduğunu bildirib.
Suriya prezidenti Əhməd Şəra, Suveyda şəhərindəki qarşıdurmaların məsuliyyətini daşıyanların cəzalandırılacağını və druzların dövlətin himayəsi altında olduğunu açıqlayıb. O, İsraili Suriyanı müharibəyə sürükləməkdə ittiham edib.
İsrailin Suriyaya etdiyi hücumlarda 6 nəfər ölüb, 28 nəfər yaralanıb. İsrail ordusu, hadisələri izlədiklərini və sərhədə əlavə qüvvələr göndərəcəklərini açıqlayıb.