İran Aviasiya Qurumu, İsrailin hücumlarından sonra ölkənin hava məkanının 24 saat açıq olduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri nəticəsində bütün hava limanları fəaliyyətini davam etdirir və uçuş xidmətləri göstərməyə hazırdır.
Tehranın Mehrabad hava limanından uçuşlar yalnız saat 04:00-19:00 arasında həyata keçiriləcək. Təhsil və istirahət uçuşlarına isə hələlik qadağa qoyulub.
İranın hava limanlarına İsrailin hücumları nəticəsində ziyan dəyib və əvvəlcə uçuşlar yalnız müəyyən saatlarda icazə verilirdi. Son açıqlama ilə məhdudiyyətlər tamamilə aradan qaldırılıb.