Meksikada pirotexnika zavodunda partlayış - Xəsarət alanlar var

09:41 - 10 Dekabr 2021

Meksikada pirotexnika zavodunda partlayış - Xəsarət alanlar var

Meksikanın qərbindəki Xalisko ştatının Zapopan şəhərində yerləşən pirotexnika zavodunda güclü partlayış baş verib.

Manset.az  xəbər verir ki, bu barədə "Televisa" məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.

Bundan əvvəl mərkəzi Puebla ştatında partlayış nəticəsində yeraltı pirotexnika sexi dağılıb. İkisi uşaq olmaqla 6 nəfər ölüb, 10-dan çox insan yaralanıb və yanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az