Avropa İttifaqı (Aİ) üzv ölkələri, Rusiyanın enerji sektoru, kölgə neft donanması və banklarını hədəf alan 18-ci sanksiya paketini təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas yeni tədbirləri açıqlayaraq, Rusiya banklarına məhdudiyyətlər qoyulacağını, "Şimal Axını" boru kəmərlərinə qadağa qoyulacağını, Rusiya neftinin qiymətinin aşağı salınacağını bildirib.
Avropa Komissiyasının sədri Ursula von der Leyen də sanksiyaları alqışlayıb. Yeni paketə görə, 22 Rusiya bankı və Rusiya İnvestisiya Fondu ilə əməliyyatlar qadağan edilir. Aİ, Rusiya xam nefti üçün tavan qiymətini 60-dan 47,6 dollar/barel-ə endirəcək.
Bu sanksiyalar Rusiyanın iqtisadiyyatına əlavə təzyiq göstərməyi və müharibənin maliyyələşdirilməsini çətinləşdirməyi məqsəd qoyur.