İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 16 fələstinli həlak olub, onlarla insan isə yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə, Xan Yunus bölgəsindəki çadır və evlər hədəf alınıb, 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Pilotsuz uçuş aparatı ilə edilən hücumda isə bir qadın və uşağın ölümü, 9 nəfərin yaralanması qeydə alınıb. Əl-Məvasi bölgəsində 5, Cibaliya bölgəsində isə 4 nəfər ölüb. İsrail ordusu hücumlarını davam etdirir.