Bu ölkədə 2 ildə 9 vulkan püskürməsi oldu

17:25 - 18 İyul 2025

Bu ölkədə 2 ildə 9 vulkan püskürməsi oldu

İki gün əvvəl İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasındakı Sundhnukagigar kraterlərində yeni bir vulkan püskürməsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu 2023-cü ilin dekabrından bəri ölkədə qeydə alınan doqquzuncu vulkanik hadisədir.

İslandiya Meteorologiya İnstitutunun geofiziki Benedikt Ofeigsson bildirib ki, püskürmə genişmiqyaslı olmayıb və lava təxminən 2 kilometr uzunluğunda olan yarıqdan püskürüb. O, həmçinin qeyd edib ki, partlayışın hava hərəkətinə təsiri olmayıb, lakin ərazidə havanın keyfiyyətinin pisləşməsi ehtimalına görə, səlahiyyətlilər yerli sakinləri ehtiyatlı olmağa çağırıblar.

Püskürmənin ciddi təhlükə yaratmadığı bildirilir, amma ərazidəki hava şəraiti ilə bağlı nəzarət və müvafiq tədbirlər davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az