Ermənistanda sabiq deputat həbs edildi

10:03 - 19 İyul 2025

Ermənistanda sabiq deputat həbs edildi

Ermənistan parlamentinin keçmiş deputatı, siyasi xadim Ruben Akopyan ölkədə "hakimiyyətin devrilməsinə ictimai çağırışlar" ittihamı ilə həbs edilib.


Manset.az  Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərar iyulun 19-da Ümumi Yurisdiksiya Məhkəməsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan İstintaq Komitəsi Akopyanın həbs olunduğunu elan etmişdi. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur. İstintaqıın fikrincə, siyasətçiyə qarşı belə ittihamların irəli sürülməsinə əsas iyulun 1-də dərc olunmuş müsahibə olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az