Məşhur Cosby Family serialının ulduzu, aktyor Malkolm-Camal Uorner 54 yaşında vəfat edib.
Manset.az xarici media istinadən xəbər verir ki, aktyor, ailəsi ilə birlikdə çimərlikdə olduğu zaman suda batıb. Çimərliyə gedənlər tərəfindən sudan çıxarılan Malkolm-Camal Uorner-ə hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.
1970-ci ildə Nyu Cersidə dünyaya gələn Malkolm-Camal Uorner karyerasına uşaq yaşlarında başlayıb. 1984-1992-ci illərdə yayımlanan məşhur "The Cosby Family" serialında Teodor (Teo) Huxtable obrazını canlandıraraq böyük şöhrət qazanıb. 1986-cı ildə bu serialda göstərdiyi performansa görə Emmi Mükafatına namizəd olub.