Son 24 saatda aclıq və qida çatışmazlığı səbəbindən Qəzza Zolağında 4-ü uşaq olmaqla 15 ölüm qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
Bildirib ki, aclıqdan ölənlərin ümumi sayı 101-ə çatıb, onların 80%-i uşaqlardır.
BMT-nin Qida Hüququ üzrə Xüsusi Məruzəçisi Maykl Fəxri, Qəzza Zolağındakı vəziyyəti "İsrailin aclıq kampaniyasının ən dəhşətli mərhələsi" olaraq qiymətləndirib.