İsrail Baş Qərargah rəisi, General Eyal İzmir, yüksək səviyyəli komandirlərlə keçirilən toplantıda İranın hələ də hədəf olduqlarını və "İrana qarşı müharibənin hələ bitmədiyini" açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Qəzza zolağındakı müharibənin İsrail ordusunun indiyədək üzləşdiyi ən mürəkkəb müharibə olduğunu bildirib və əməliyyatların davam edəcəyini vurğulayıb:
"Girovların qaytarılması və HƏMAS-ın darmadağın edilməsi məqsədimizdir."
General İzmir, Suriya və Livanda Hizbullahın imkanlarının zəiflədilməsi və ölkə daxilindəki fəaliyyət azadlığının qorunmasına davam edəcəklərini əlavə edib.