İndoneziyanın Sumatra adasında yerləşən Marapi vulkanı yenidən püskürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, vulkanın püskürməsi nəticəsində göyə kül səpilməsi müşahidə edilib.
Marapi dağının 2023-cü ilin əvvəlindən bəri 450-dən çox püskürmə hadisəsi baş verib.
Vulkanın aktivliyi səbəbindən, yerli hakimiyyət orqanları, püskürmə mərkəzindən 3 kilometr radiusda olan ərazilərə daxil olmağı və hər hansı fəaliyyətlə məşğul olmağı qadağan edib.
Əhali və turistlərə təhlükəsizlik tədbirlərinə ciddi riayət etmələri tövsiyə olunur. Həmçinin, səlahiyyətli orqanlar bölgədəki vulkanik fəaliyyətin davam edə biləcəyini vurğulayıb.