ABŞ-nin keçmiş prezidenti Barak Obama, hazırkı prezident Donald Trampın ona qarşı irəli sürdüyü dövlətə xəyanət və çevriliş ittihamlarını "absurddur" və "diqqəti yayındırmaq üçün zəif cəhddir" olaraq qiymətləndirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Obama ofisi, Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə cəhdini təkzib etməyən Milli Kəşfiyyat Direktorunun hesabatına istinad edib.
Tramp, Ağ Evdəki mətbuat konfransında Obama və onun administrasiyasını 2016-cı il seçkilərində onu Rusiya ilə əlaqələndirmək cəhdində ittiham edib. Tramp, Obama'nın çevrilişə cəhd göstərdiyini və xəyanət etdiyinə dair sübutların olduğunu iddia edib.
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard isə, Obama administrasiyasını seçkilərə müdaxilə ilə bağlı yalan kəşfiyyat məlumatı hazırlamaqda günahlandırıb.