"Biz İsrailin istənilən hücumuna hazırıq" - Pezeşkian 

12:59 - 23 İyul 2025

\"Biz İsrailin istənilən hücumuna hazırıq\" - Pezeşkian 

İran prezidenti Məsud Pezeşkian Qətər mətbuatına açıqlama verərək, İsrailin hərbi hücumlarına qarşı hazırlıqlı olduqlarını bəyan edib.


Manset.az xəbər verir ki, Əl-Cəzirə telekanalına müsahibəsində Pezeşkian, İranın İsrailə qarşı mövqeyini və bölgədəki son hadisələri qiymətləndirib.

O, İsrailin İrana qarşı hər hansı bir hərbi hücuma cəhd etməsi halında cavab verəcəklərini bildirib. "İsrailin istənilən hərbi hücumu ilə üzləşməyə hazırıq. Güclərimiz lazım gələrsə, İsrailin dərinliklərini yenidən hədəfə almağa qadirdir", – deyə İran prezidenti vurğulayıb.

Pezeşkian həmçinin, İsrailin əvvəlki hücumlarına cavab olaraq İranın güclü zərbələr vurduğunu, lakin İsrailin bu hücumlarda verdiyi itkiləri ictimaiyyətdən gizlətdiyini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az