İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb.
Manset.az "TRT Haber”ə istinadən xəbər verir.
Danışıqlar 40 dəqiqə davam edib.
Əlavə məlumat veriləcək.
***21:58
İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başlayıb.
Manset.az "TRT Haber”ə istinadən xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqlar başlamazdan əvvəl qeyd edib ki, Ankara Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda uğur gözləyir, sülh və əsirlərin mübadiləsini asanlaşdırmaq üçün əlindən gələni edəcək.
***21:14
Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski ilə Rustem Umerov arasında təkbətək görüş keçirilir.
Manset.az xəbər verir ki, görüş media üçün qapalıdır.
***
20:24
İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.
Manset.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.