Bu ölkə müharibəyə başlayır - F-16-lar yerləşdirildi

09:47 - 24 İyul 2025

Bu ölkə müharibəyə başlayır - F-16-lar yerləşdirildi

Tailand ordusu bu gün səhər saatlarında sərhəd bölgəsində Tayland və Kamboca əsgərləri arasında toqquşmaların baş verdiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində iki əsgər həlak olub.

Tailand Silahlı Qüvvələri münaqişənin səbəbi ilə bağlı hələlik əlavə təfərrüatlar verməyib, lakin sərhəd təhlükəsizliyini və milli suverenliyi qorumaq məqsədilə Kamboca sərhədinə F-16 döyüş təyyarəsinin yerləşdirildiyini bildirib. Hərbi rəsmilər bölgədə gərginliyin yüksək olduğunu vurğulayıb və zərurət yaranarsa, əlavə hərbi qüvvələrin də yerləşdirilə biləcəyini qeyd ediblər.

Kamboca tərəfi isə hələlik rəsmi açıqlama verməyib. Lakin yerli mənbələr bildirir ki, toqquşmalar Preah Vihear məbədi yaxınlığındakı mübahisəli ərazidə baş verib və güclü atışma səsləri eşidilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az