Polşanın Gdansk şəhərində, Srodmiescie rayonunda keçirilən qazıntılar zamanı 13-14-cü əsrə aid orta əsr cəngavərinin tam skeleti aşkar edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, arxeoloqlar, üzərində zirehli cəngavər fiquru olan və qiymətli Qotland əhəng daşından hazırlanmış məzar daşını tapıblar.
Skeletin hündürlüyü 170-180 santimetr olub ki, bu da orta əsrlər Avropasında qeyri-adi hündürlükdür.
Məzarın olduğu ərazi Gdanskın ən qədim kilsəsinin yaxınlığında yerləşən 300 nəfərin dəfn edildiyi qəbiristanlığın bir hissəsidir. Arxeoloqlar, kəşfin orta əsr cəngavərləri və dəfn adətləri haqqında unikal məlumatlar təqdim etdiyini bildirirlər.
Skelet üzərində antropoloji və genetika analizləri aparılacaq, həmçinin 3D skan və üz rekonstruksiyası həyata keçiriləcək.