BMT Təhlükəsizlik Şurası 23 iyul 2025-ci ildə Qəzzadakı ağır humanitar böhranı müzakirə edib.
Manset.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının sədri Əhməd Yıldız, İsrailin hücumları ilə bağlı beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.
O, Qəzzada 58 min fələstinlinin öldüyünü bildirib. Yıldız, Fələstin xalqının hüquqlarını qorumağa və atəşkəsin təmin edilməsinə çağırıb. BMT və digər ölkələr, İsrailin hücumlarını sərt şəkildə pisləyərək, regionda sülhün təmin olunması üçün səylərin artırılmasını tələb ediblər. ABŞ, HƏMAS-ı atəşkəs razılaşmasını qəbul etməyə çağırıb.